28 iyun 2026. Bazar günü

"Qarabağ" Avstriyada ilk sınağından inamlı qələbə ilə ayrıldı


"Qarabağ" Avstriyada ilk sınağından inamlı qələbə ilə ayrıldı

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" yay hazırlığı çərçivəsində bu ölkədə ilk yoxlama oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi yerli "Tirol" klubu ilə qarşılaşıb. "In Gernot Langes" stadionunda baş tutan görüş Azərbaycan çempionunun 4:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

"Köhlən atlar"ın heyətində yeni transfer Zakariya Savo parlaq çıxışı ilə diqqət çəkib. Hücumçu rəqib qapısından üç top keçirərək het-trikə imza atıb. Komandanın digər qolunu isə Kamilo Duran vurub.

Beləliklə, "Qarabağ" Avstriya toplanışındakı ilk sınağını böyükhesablı qələbə ilə başa vurub.

Qeyd edək ki, Ağdam klubu bundan əvvəl Bakıda keçirdiyi yoxlama görüşündə "Zirə"ni 4:3 hesabı ilə məğlub etmişdi.







Misli Premyer liqa

"Araz-Naxçıvan" Urfan Abbasovla vidalaşdı
  • Misli Premyer liqa
  • 12:53 25.06.2026
"Araz-Naxçıvan" Urfan Abbasovla vidalaşdı