- Misli Premyer liqa
- 17:42 29.06.2026
“Araz-Naxçıvan” son iki mövsümdə komandanın formasını geyinən İssuf Paro ilə yeni müqavilə imzalayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Burkina-Fasodan olan mərkəz müdafiəçisi 2026/2027-ci illər mövsümündə də “qırmızı-ağlar”ın uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov və Luka Dumançiçlə də müqavilə imzalayıb.