29 iyun 2026. Bazar ertəsi

“Araz-Naxçıvan”ın yeni mövsümə hazırlıq proqramı açıqlandı


“Araz-Naxçıvan”ın yeni mövsümə hazırlıq proqramı açıqlandı

“Araz-Naxçıvan”ın 2026/2027-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komanda təlim-məşq toplanışına iyulun 10-da start verəcək. İlk üç gün ərzində futbolçular tibbi müayinədən keçəcək, iyulun 13-dən 20-dək isə hazırlığın birinci mərhələsi baş tutacaq. Bu mərhələ çərçivəsində iyulun 20-də klubun əvəzedici komandası ilə yoxlama oyunu keçiriləcək.

Hazırlığın ikinci mərhələsi iyulun 22-dən 31-dək davam edəcək. Bu müddətdə "qırmızı-ağlar" üç yoxlama görüşü keçirməyi planlaşdırır. Komanda iyulun 24-də "İmişli", iyulun 31-də isə "Şəfa" ilə qarşılaşacaq. İyulun 28-nə nəzərdə tutulan matç üçün rəqib hələ müəyyənləşməyib.

Avqustun 1 və 2-də istirahət edəcək kollektiv ayın 3-də yenidən bir araya gələcək. Avqustun 7-də daha bir yoxlama görüşü keçiriləcək, lakin bu oyunun rəqibi də hələ açıqlanmayıb.

Komanda avqustun 10-dan etibarən yeni mövsümdəki ilk rəsmi qarşılaşmasının hazırlıqlarına başlayacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan”ın bütün təlim-məşq prosesi Bakıda təşkil olunacaq.







Misli Premyer liqa

"Qəbələ" Kouya Mabenanı heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:42 29.06.2026
"Qəbələ" Kouya Mabenanı heyətinə qatıb