29 iyun 2026. Bazar ertəsi

"Qəbələ" Kouya Mabenanı heyətinə qatıb


"Qəbələ" Kouya Mabenanı heyətinə qatıb

"Qəbələ" yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir.

90deqiqe.Az  xəbər verir ki, bölgə təmsilçisi heyətini Kot-d'İvuardan olan sol cinah müdafiəçisi Kouya Mabena ilə gücləndirib.

27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Son olaraq Maltanın "Floriana" klubunda çıxış edən Mabena karyerası ərzində Belçikanın "Vesterlo", Rumıniyanın "UTA Arad", eləcə də İsrailin "Hapoel Hadera" və "Hapoel Rişon LeZion" komandalarının da formasını geyinib.

Qeyd edək ki, "Qəbələ" yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində transfer fəaliyyətini davam etdirir.







Misli Premyer liqa

"Qəbələ" Kouya Mabenanı heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:42 29.06.2026
"Qəbələ" Kouya Mabenanı heyətinə qatıb