4 noyabr 2026. Çərşənbə

"Neftçi"nin Sloveniya toplanışı rəsmən başladı


"Neftçi"nin Sloveniya toplanışı rəsmən başladı

"Neftçi" yeni mövsümə hazırlığın ikinci mərhələsinə start verib.

90deqiqe.Az xəbər verir ki, "ağ-qaralar" Sloveniyanın Moravske Toplitse şəhərində ilk məşqinə çıxıb.

İyunun 29-da Bakıdan Sloveniyaya yollanan komanda bu gün səhər məşqini keçirib. Təlim-məşq toplanışı günün ikinci yarısında baş tutacaq axşam məşqi ilə davam edəcək.

Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında hazırlıqlar sabah da iki məşqlə davam etdiriləcək. Bakı təmsilçisi iyulun 2-də isə toplanış çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

Qeyd edək ki, "Neftçi"nin Sloveniyadakı təlim-məşq toplanışı iyulun 14-dək davam edəcək.







Misli Premyer liqa