9 avqust 2026. Bazar günü

"Zirə" Boluda növbəti sınaqdan məğlub ayrıldı


"Zirə" Boluda növbəti sınaqdan məğlub ayrıldı

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Zirə" növbəti yoxlama oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Boluda yerli "Iğdır" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. "Zirə"nin heyətində Yeqor Boqomolski dubl müəllifi olub, komandanın digər qolunu isə Elçin Əlicanov vurub.

Beləliklə, "qartallar" Türkiyə toplanışındakı ikinci yoxlama matçından da məğlub ayrılıb. Komanda daha əvvəl Özbəkistanın "Navbahor" klubuna 1:3 hesabı ilə uduzmuşdu. Bakıdakı ilk yoxlama görüşündə isə "Zirə" "Qarabağ"a 3:4 hesabı ilə məğlub olmuşdu.

Rəşad Sadıqovun komandası yeni mövsüm öncəsi hazırlıqlarını Türkiyədə davam etdirir.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı