4 noyabr 2026. Çərşənbə

Adil Şükürov "Sumqayıt" Futbol Akademiyasının direktoru təyin olundu


Adil Şükürov "Sumqayıt" Futbol Akademiyasının direktoru təyin olundu

"Sumqayıt" Futbol Klubu rəhbər heyətində yeni təyinat reallaşdırıb.

90deqiqe.Az xəbər verir ki, klubun Futbol Akademiyasının direktoru vəzifəsinə Adil Şükürov təyin olunub.

48 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində "Zirə", "Şüvəlan", "Kəpəz" və "Səbail" klublarında baş məşqçi kimi fəaliyyət göstərib.

Adil Şükürov bununla yanaşı, müxtəlif illərdə "Bakı" Futbol Akademiyasında, eləcə də Azərbaycanın U-15 və U-17 milli komandalarında məşqçi vəzifəsində çalışıb.

Təcrübəli mütəxəssis bundan sonra "Sumqayıt" Futbol Akademiyasının fəaliyyətinə rəhbərlik edəcək.







Misli Premyer liqa