18 avqust 2026. Çərşənbə axşamı

"Qarabağ" növbəti transferini rəsmiləşdirdi


"Qarabağ" növbəti transferini rəsmiləşdirdi

2026/2027-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən "Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Macarıstanın "Zalaeqerseq" klubu ilə aparılan danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi "köhlən atlar"a transfer olunub. Tərəflər arasında üç illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu 2024-cü ildən "Zalaeqerseq"in formasını geyinirdi.

Qeyd edək ki, Bense Varkonyi yay transfer pəncərəsində "Qarabağ"a qoşulan yeddinci futbolçu olub. Ağdam təmsilçisi bundan əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefası heyətinə cəlb etmişdi.







Misli Premyer liqa

“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 14:17 17.08.2026
“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi