13 avqust 2026. Cümə axşamı

"Səbail" Abbas Ağazadəni heyətinə qatdı


"Səbail" Abbas Ağazadəni heyətinə qatdı

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, paytaxt təmsilçisi son olaraq "İmişli"nin formasını geyinmiş Abbas Ağazadə ilə "1+1" illik müqavilə imzalayıb.

27 yaşlı yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyunda meydana çıxıb və hesabına 1 qol yazdırıb.

Qeyd edək ki, Abbas Ağazadənin transferi "Səbail"in yay fasiləsində reallaşdırdığı növbəti heyət dəyişikliyi olub.







Misli Premyer liqa

“Şəfa” braziliyalı hücumçu transfer edib
  • Misli Premyer liqa
  • 17:36 12.08.2026
“Şəfa” braziliyalı hücumçu transfer edib
“Kəpəz”dən yeni transfer
  • Misli Premyer liqa
  • 16:22 11.08.2026
“Kəpəz”dən yeni transfer