20 avqust 2026. Cümə axşamı

"Qarabağ" heyətini yeni legionerlə gücləndirdi


"Qarabağ" heyətini yeni legionerlə gücləndirdi

"Qarabağ" 2026/2027 mövsümü üçün transfer çalışmalarını növbəti keçidlə davam etdirib.

90deqiqe.Az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın "Ferentsvaroş" klubundan Cebrail Makreçkisi heyətinə qatıb.

26 yaşlı latviyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Yeni transfer 2029-cu ilin yayına qədər "köhlən atlar"ın uğurları üçün çalışacaq və komandada 25 nömrəli formanı geyinəcək.

Almaniyada anadan olan Cebrail Makreçkis Leverkuzen "Bayer 04" klubunun yetirməsidir. O, peşəkar karyerası ərzində Almaniyanın "Bonner", Dortmund "Borussiya"sı, "Viktoriya" (Berlin), eləcə də Bolqarıstanın "Pirin" (Blaqoevqrad) klublarında çıxış edib. Müdafiəçi 2018-ci ildə Latviyanın U-19 millisinin də formasını geyinib.

Qeyd edək ki, Cebrail Makreçkis "Qarabağ"ın yay transfer pəncərəsində heyətinə cəlb etdiyi səkkizinci futbolçudur. Bundan əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi Ağdam klubuna transfer olunublar.







Misli Premyer liqa

“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 14:17 17.08.2026
“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi