4 noyabr 2026. Çərşənbə

"Qarabağ" - "Vestri" oyununa böyük maraq - 16 mindən çox bilet satılıb


"Qarabağ" - "Vestri" oyununa böyük maraq  - 16 mindən çox bilet satılıb

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Vestri" oyunu azarkeşlərin böyük marağına səbəb olub.

90deqiqe.Az xəbər verir ki, Ağdam təmsilçisinin yaydığı məlumata görə, qarşılaşma üçün indiyədək 16 350 bilet satılıb.

Qeyd edək ki, "Qarabağ" İslandiyanın "Vestri" klubunu iyulun 9-da qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.







Misli Premyer liqa