22 avqust 2026. Şənbə

"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi


"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi

"İmişli" yay transfer çalışmalarını daha bir keçidlə davam etdirib.

90deqiqe.Az xəbər verir ki, bölgə təmsilçisi heyətini Bəxtiyar Həsənalızadə ilə gücləndirib.

Klubun yaydığı məlumata görə, 29 yaşlı mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.

Karyerası ərzində "Sumqayıt", "Zirə", "Sabah" və Türkiyənin "Tuzlaspor" klublarında çıxış etmiş Bəxtiyar Həsənalızadə son olaraq "Araz-Naxçıvan"ın formasını geyinib.

Qeyd edək ki, bu transferlə "İmişli" yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb.







Misli Premyer liqa

“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 14:17 17.08.2026
“Sumqayıt”ın futbolçusu əməliyyat olunub