10 iyul 2026. Cümə

"Araz-Naxçıvan" braziliyalı qapıçı transferini rəsmiləşdirdi


"Araz-Naxçıvan" braziliyalı qapıçı transferini rəsmiləşdirdi

Yeni mövsümün hazırlığını davam etdirən "Araz-Naxçıvan" heyətini növbəti transferlə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, Naxçıvan təmsilçisi braziliyalı qapıçı Artur Auqusto Da Silva ilə 1 illik müqavilə imzalayıb.

27 yaşlı qolkiper karyerası ərzində Braziliyanın "Desportivo Braziliya", Portuqaliyanın "Oliveyrense" və "Feyrense" klublarında çıxış edib. O, son olaraq İndoneziyanın "Semen Padanq" komandasının formasını geyinib.

Qeyd edək ki, "Araz-Naxçıvan" yay transfer pəncərəsində Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə də müqavilə bağlayıb.







Misli Premyer liqa

"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
  • Misli Premyer liqa
  • 09:29 08.07.2026
"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
  • Misli Premyer liqa
  • 15:25 07.07.2026
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:19 07.07.2026
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı