28 avqust 2026. Cümə

"Qəbələ"nin yay hazırlığındakı rəqibləri bəlli oldu


"Qəbələ"nin yay hazırlığındakı rəqibləri bəlli oldu

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ"nin yay təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının proqramı müəyyənləşib.

Klubdan  90deqiqe.Az-a verilən məlumata görə,"qırmızı-qaralar" hazırlıq dönəmində ümumilikdə beş sınaq matçına çıxacaq. Komanda ilk yoxlama görüşünü iyulun 14-də "Kəpəz"ə qarşı keçirəcək.

Ardınca "Qəbələ" iyulun 19-da "Sumqayıt", iyulun 25-də "Şəfa", iyulun 31-də "İmişli" və avqustun 4-də "Şamaxı" ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Sumqayıt"la keçiriləcək qarşılaşma səfərdə baş tutacaq. Digər bütün yoxlama oyunları isə Qəbələdə təşkil olunacaq.







Misli Premyer liqa

“Neftçi” legioneri ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:58 26.08.2026
“Neftçi” legioneri ilə yollarını ayırdı