28 avqust 2026. Cümə

"Neftçi" Sloveniyadakı son sınaq matçında məğlub oldu


"Neftçi" Sloveniyadakı son sınaq matçında məğlub oldu

Sloveniyada yeni mövsümə hazırlığını davam etdirən "Neftçi" təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununa çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, Yuri Vernidubun rəhbərlik etdiyi paytaxt təmsilçisi Xorvatiyanın "Osiyek" komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Beləliklə, "ağ-qaralar" Sloveniya toplanışını dörd yoxlama oyunu ilə yekunlaşdırıb. Komanda bundan əvvəl Serbiyanın "Partizan" klubuna 0:1, Rumıniyanın "ÇFR Kluj" kollektivinə 1:2 hesabı ilə məğlub olub, Serbiyanın "Radniçki Niş" komandasını isə 3:0 hesabı ilə üstələyib.







Misli Premyer liqa

“Neftçi” legioneri ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:58 26.08.2026
“Neftçi” legioneri ilə yollarını ayırdı