15 iyul 2026. Çərşənbə

"Araz-Naxçıvan" qvineyalı hücumçunu transfer etdi


"Araz-Naxçıvan" qvineyalı hücumçunu transfer etdi

Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən "Araz-Naxçıvan" növbəti transferini rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Naxçıvan təmsilçisi qvineyalı hücumçu Mara Mohamedi ilə 1 illik müqavilə imzalayıb.

30 yaşlı futbolçu karyerası ərzində Fransanın "Loryan", "Paris", "Thonon Evian", "Martiq", "Stad Brioşan" və "Hyeres 83", həmçinin Taylandın "Ratçaburi" və "Kançanaburi" klublarının formasını geyinib.

Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Artur Auqusto Da Silva, Mustafa Əhmədzadə və Luka Dumançiçlə də müqavilə bağlayıb.







Misli Premyer liqa