- Misli Premyer liqa
- 21:30 14.07.2026
Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Şamaxı" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Premyer Liqa təmsilçisi Portuqaliyanın "Paredes" klubundan mərkəz müdafiəçisi Ruy Paşekunu transfer edib.
24 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb. O, qarşıdakı iki mövsümdə "Şamaxı"nın uğurları üçün mübarizə aparacaq.