15 iyul 2026. Çərşənbə

"İmişli"nin yay hazırlıq proqramı bəlli oldu


"İmişli"nin yay hazırlıq proqramı bəlli oldu

Yeni mövsümə hazırlıqlarını davam etdirən "İmişli" yay təlim-məşq toplanışı çərçivəsində yeddi yoxlama oyunu keçirəcək.

Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, komanda 2026/2027-ci il mövsümünün hazırlığına iyulun 8-də başlayıb. Hazırlığın ilk mərhələsi iyulun 27-dək Bakı Olimpiya Stadionunun yardımçı meydançasında davam edəcək.

Bu müddətdə "İmişli" iyulun 17-də "Şəfa", 21-də "Qarabağ-2", 24-də isə "Araz-Naxçıvan"la üz-üzə gələcək.

İyulun 27-də Yevlaxa yollanacaq komanda ertəsi gün "Karvan-Yevlax"la yoxlama matçı keçirəcək. Daha sonra kollektiv hazırlığın ikinci mərhələsi üçün Qəbələyə yollanacaq. Avqustun 3-dək davam edəcək toplanış çərçivəsində "İmişli" iyulun 31-də "Qəbələ", avqustun 3-də isə "Sumqayıt"la qarşılaşacaq.

Hazırlıq prosesində son yoxlama oyunu avqustun 8-də Bakıda keçiriləcək. Həmin görüşdəki rəqibin adına isə hələlik aydınlıq gəlməyib.







Misli Premyer liqa