- Misli Premyer liqa
- 16:44 16.07.2026
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Araz-Naxçıvan" heyətini daha bir legionerlə gücləndirib.
Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, bölgə təmsilçisi burundili hücumçu Abdullah Sudi ilə birillik müqavilə imzalayıb.
Mərkəz hücumçusu karyerası ərzində "Vital O", "Kiqali", "Al-Faisali", "Muktijodha", "Əl-Naft", "Kuçinq", "Əl-Əttihad" və PSİS klublarında çıxış edib. O, son mövsümü İndoneziyanın "Persicap" komandasında keçirib.
Konqo Demokratik Respublikasının da vətəndaşlığını daşıyan 28 yaşlı futbolçu 2022-ci ildə Burundi millisinin heyətində 13 oyuna çıxıb və üç qolla yadda qalıb. Abdullah Sudi artıq yeni komandası ilə məşqlərə başlayıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" yay transfer pəncərəsində bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Artur Auqusto Da Silva, Mara Mohamed, Mustafa Əhmədzadə və Luka Dumançiçi də heyətinə qatıb.