6 sentyabr 2026. Bazar günü

"Araz-Naxçıvan" Bruno Franko ilə müqaviləni uzatdı


"Araz-Naxçıvan" Bruno Franko ilə müqaviləni uzatdı

Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" heyətində daha bir futbolçunun gələcəyinə aydınlıq gətirib.

90deqiqe.Az xəbər verir ki, Naxçıvan təmsilçisi braziliyalı cinah müdafiəçisi Bruno Franko ilə yeni müqavilə imzalayıb.

Klubun yaydığı məlumata əsasən, 29 yaşlı futbolçunun müqaviləsinin müddəti daha bir il uzadılıb. Bununla da Bruno Franko qarşıdakı mövsümdə də "Araz-Naxçıvan"ın formasını geyinəcək.

Qeyd edək ki, braziliyalı müdafiəçi 2025/26 mövsümündə də Naxçıvan klubunun şərəfini qoruyub.

Xatırladaq ki, "Araz-Naxçıvan" yay transfer dövründə daha əvvəl Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Artur Auqusto da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə də yeni müqavilələr imzalayıb.







Misli Premyer liqa

“Zirə” braziliyalı futbolçu transfer etdi
  • Misli Premyer liqa
  • 21:13 03.09.2026
“Zirə” braziliyalı futbolçu transfer etdi
“Qarabağ”ın futbolçusu əməliyyat olundu
  • Misli Premyer liqa
  • 20:10 02.09.2026
“Qarabağ”ın futbolçusu əməliyyat olundu