16 sentyabr 2026. Çərşənbə

"Monpelye"nin yetirməsi "Turan Tovuz"da


"Monpelye"nin yetirməsi "Turan Tovuz"da

Transfer çalışmalarını davam etdirən "Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, bölgə təmsilçisi fransalı yarımmüdafiəçi Stiv Beusnardı rənglərinə bağlayıb.

Klubun yaydığı məlumata görə, "Monpelye" akademiyasının yetirməsi olan 34 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.

Stiv Beusnard son mövsümdə Fransa Liqa 2-də çıxış edən "Pau"nun heyətində 27 oyunda meydana çıxıb. Təcrübəli yarımmüdafiəçi karyerası ərzində ölkəsinin "Bezye" və "Ayaçço" klublarının da formasını geyinib.

Qeyd edək ki, "Turan Tovuz" yay transfer pəncərəsində heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol