6 sentyabr 2026. Bazar günü

"Şəfa" kanadalı vingeri transfer etdi


"Şəfa" kanadalı vingeri transfer etdi

Transfer çalışmalarını davam etdirən "Şəfa" heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi kanadalı vinger Treyvon Fulleri rənglərinə bağlayıb.

  24 yaşlı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb.

Treyvon Fuller son olaraq Gürcüstanın "Dila" (Qori) klubunda çıxış edib. Kanadalı futbolçu karyerası ərzində Portuqaliyanın "Tondela", "Leyşoynş" və "Kovilya" komandalarının da formasını geyinib.

Qeyd edək ki, "Şəfa" yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirərək heyətini gücləndirmək istiqamətində fəaliyyətini sürdürür.







Misli Premyer liqa

“Zirə” braziliyalı futbolçu transfer etdi
  • Misli Premyer liqa
  • 21:13 03.09.2026
“Zirə” braziliyalı futbolçu transfer etdi
“Qarabağ”ın futbolçusu əməliyyat olundu
  • Misli Premyer liqa
  • 20:10 02.09.2026
“Qarabağ”ın futbolçusu əməliyyat olundu