16 sentyabr 2026. Çərşənbə

"Araz-Naxçıvan" heyətini yeni legionerlə gücləndirdi


"Araz-Naxçıvan" heyətini yeni legionerlə gücləndirdi

Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" heyətini daha bir legionerlə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, Naxçıvan təmsilçisi Qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kaneni heyətinə qatıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

Mamadu Kane karyerası ərzində "Satellite", "Kaloum", "Qanqan", Bakı "Neftçi"si, Yunanıstanın "Olimpiakos", Rusiyanın "Rodina Moskva", Latviyanın "Auda", Yunanıstanın "Etnikos" və son olaraq Kiprin "Pafos" klublarında çıxış edib.

Təcrübəli yarımmüdafiəçi 2020-ci ildə Qvineya millisinin heyətində 19 oyunda meydana çıxıb və 5 qola imza atıb. O, daha əvvəl ölkəsinin U-20 yığmasının da formasını geyinib.

Qeyd edək ki, "Araz-Naxçıvan" yay transfer dönəmində aktiv fəaliyyət göstərir. Klub bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə də yeni müqavilələr bağlayıb.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol