16 sentyabr 2026. Çərşənbə

“Qəbələ” Portuqaliyalı futbolçu ilə müqavilə imzaladı


“Qəbələ” Portuqaliyalı futbolçu ilə müqavilə imzaladı

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, bölgə təmsilçisi portuqaliyalı vinger Brunu Silva ilə müqavilə bağlayıb.

28 yaşlı futbolçu ilə imzalanan anlaşma 1+1 il müddətinə nəzərdə tutulub.

Brunu Silva karyerasının son mərhələsində Portuqaliyanın “Oliveyrense” klubunun formasını geyinib. O, daha əvvəl ölkəsinin “Vilaverdense” komandasında, həmçinin Qazaxıstanın “Jenis” klubunda çıxış edib.

Qeyd edək ki, “Qəbələ” yeni mövsümə hazırlıq çərçivəsində heyətin gücləndirilməsi istiqamətində çalışmalarını davam etdirir.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol