13 sentyabr 2026. Bazar günü

"Sabah" Aaron Maluda ilə yollarını ayırdı


"Sabah" Aaron Maluda ilə yollarını ayırdı

"Sabah" heyətində ayrılıq yaşanıb.

90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi fransalı futbolçu Aaron Maluda ilə yollarını ayırıb. Klubun yaydığı məlumata əsasən, 20 yaşlı hücumameyilli yarımmüdafiəçi İsveçrənin "Bazel" klubuna transfer olunub.

Maluda 2025-ci ilin sentyabr ayından "Sabah"ın formasını geyinirdi. Gənc futbolçu bu müddətdə paytaxt təmsilçisinin heyətində 31 rəsmi oyuna çıxaraq 9 qolla yadda qalıb.

Qeyd edək ki, Aaron Maludanın "Bazel"ə transferi "Sabah"ın son illərdə reallaşdırdığı ən diqqətçəkən satışlardan biri hesab olunur.







Misli Premyer liqa

“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
  • Misli Premyer liqa
  • 21:15 10.09.2026
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
“Kəpəz”in kapitanı zədələndi
  • Misli Premyer liqa
  • 15:00 09.09.2026
“Kəpəz”in kapitanı zədələndi