16 sentyabr 2026. Çərşənbə

"Sabah" nigeriyalı vingeri transfer etdi


"Sabah" nigeriyalı vingeri transfer etdi

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki,  Paytaxt təmsilçisi nigeriyalı cinah oyunçusu Kristian Nvaçukvunun transferini rəsmiləşdirib. 20 yaşlı futbolçu İngiltərənin "Şeffild Yunayted" klubundan transfer olunub.

Tərəflər arasında imzalanan müqaviləyə əsasən, Nvaçukvu 2029-cu ilin yayına qədər "Sabah"ın uğurları üçün mübarizə aparacaq.

Kristian Nvaçukvu peşəkar karyerası ərzində Bolqarıstanın "Botev Plovdiv" və Türkiyənin "Serikspor" klublarının da formasını geyinib.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol