11 avqust 2026. Çərşənbə axşamı

Rahid Əmirquliyev yenidən "Səbail"də


Rahid Əmirquliyev yenidən "Səbail"də

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Səbail" heyətini tanış sima ilə gücləndirib.

Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, Bakı təmsilçisi sabiq kapitanı Rahid Əmirquliyevlə yenidən anlaşıb. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.

Təcrübəli yarımmüdafiəçi 2018–2023-cü illərdə "Səbail"in formasını geyinib və komandanın kapitanı kimi klubun uğurlarında mühüm pay sahibi olub.

Rahid Əmirquliyev karyerası ərzində Azərbaycan çempionatlarında ümumilikdə 451 oyuna çıxıb. O, "Səbail"in heyətində isə 120 rəsmi qarşılaşmada meydana çıxaraq komandanın ən təcrübəli futbolçularından biri kimi yadda qalıb.

Qeyd edək ki, "Səbail" 2026/27 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı