4 noyabr 2026. Çərşənbə

"Sumqayıt"ın yeni hücumçusu Braziliyadan gəldi


"Sumqayıt"ın yeni hücumçusu Braziliyadan gəldi

"Sumqayıt" yeni mövsüm öncəsi heyətini növbəti transferlə gücləndirib.

Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan Premyer Liqası təmsilçisi braziliyalı hücumçu Jeam Oliveyra ilə 1+1 illik müqavilə imzalayıb.

31 yaşlı forvard son olaraq Braziliyanın "Kaşias" klubunun formasını geyinib. Təcrübəli futbolçu "Fortaleza"nın yetirməsidir və karyerasını bundan sonra "Sumqayıt"ın heyətində davam etdirəcək.







Misli Premyer liqa