4 noyabr 2026. Çərşənbə

"Sumqayıt" braziliyalı yarımmüdafiəçini transfer etdi


"Sumqayıt" braziliyalı yarımmüdafiəçini transfer etdi

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi son olaraq Braziliyanın "Ferroviario" klubunda çıxış edən yarımmüdafiəçi Lukas Blek ilə müqavilə imzalayıb.

26 yaşlı braziliyalı futbolçu ilə bağlanan anlaşma iki ili əhatə edir.

Lukas Blek "Sumqayıt"ın heyətində 55 nömrəli forma ilə çıxış edəcək.







Misli Premyer liqa