24 sentyabr 2026. Cümə axşamı

“Araz-Naxçıvan” “Neftçi”nin futbolçusunu heyətinə qatdı


“Araz-Naxçıvan” “Neftçi”nin futbolçusunu heyətinə qatdı

“Araz-Naxçıvan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi “Neftçi”nin hücumçusu Ağadadaş Salyanski ilə razılığa gəlib. 22 yaşlı forvard yeni mövsümdə “qırmızı-ağlar”ın formasını icarə əsasında geyinəcək.

Tərəflər arasında müqavilənin müddəti bir ildir.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dönəmində Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Aleksandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Mustafa Əhmədzadə və Luka Dumançiçlə də müqavilə imzalayıb.







Misli Premyer liqa