10 avqust 2026. Bazar ertəsi

“Araz-Naxçıvan” “Sabah”ın sabiq futbolçusunu heyətinə qatdı


“Araz-Naxçıvan” “Sabah”ın sabiq futbolçusunu heyətinə qatdı

“Araz-Naxçıvan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi Bosniya və Herseqovinadan olan Boyan Letiçlə müqavilə imzalayıb.

33 yaşlı sol cinah müdafiəçisi 2026/2027 mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək.

Boyan Letiçin son klubu “Sabah” olub. Təcrübəli futbolçu karyerası ərzində Bosniya və Herseqovinanın “Kozara Qradişka”, “Borac Şamaç”, “Velej Mostar” və “Sarayevo”, Çexiyanın “Karvina”, Serbiyanın “Radniçki Niş”, həmçinin İspaniyanın “Mirandeş” klublarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” yeni mövsüm öncəsi Tərlan Əhmədli, Ömər Buludov, Mamadu Kane, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə də müqavilə imzalayıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı