16 sentyabr 2026. Çərşənbə

“Qəbələ” “Qarabağ”a qarşı oynamış braziliyalı müdafiəçini transfer etdi


“Qəbələ” “Qarabağ”a qarşı oynamış braziliyalı müdafiəçini transfer etdi

“Qəbələ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, “qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardo ilə müqavilə imzalayıb. 24 yaşlı futbolçu ilə 3 illik anlaşma əldə olunub.

Edson Eduardo son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib. Braziliyalı futbolçu daha əvvəl ölkəsində “Rondoniense”, “Anapolis” və “Ponte Preta”, Tunisdə isə “Qabes”in formasını geyinib.

Qeyd edək ki, Edson Eduardo bu mövsüm “Vestri”nin heyətində UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirilən hər iki oyunda meydana çıxıb.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol