26 sentyabr 2026. Şənbə

“Kəpəz” Nigeriya millisinin üzvünü heyətinə qatdı


“Kəpəz” Nigeriya millisinin üzvünü heyətinə qatdı

“Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Gəncə təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, nigeriyalı cinah yarımmüdafiəçisi Olabiran Blessinq Muyiva ilə müqavilə imzalanıb.

27 yaşlı vinger mövsümün sonunadək “sarı-göylər”in formasını geyinəcək.

“Benito” ləqəbi ilə tanınan futbolçunun son klubu Kiprin “Akritas” komandası olub.

Muyiva yeni komandasında cinahda hücumameyilli oyunu ilə “Kəpəz”in qarşıdakı matçlarında iştirak edəcək.







Misli Premyer liqa