16 sentyabr 2026. Çərşənbə

“Neftçi” Macarıstan millisinin sabiq üzvünü transfer etdi


“Neftçi” Macarıstan millisinin sabiq üzvünü transfer etdi

“Neftçi” klubu növbəti transferini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, “ağ-qaralar” Macarıstanın “ZTE” klubunda çıxış edən Alen Şkribeki heyətinə qatıb. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Şkribek peşəkar karyerası ərzində yalnız Macarıstan klublarında çıxış edib. Onun son komandası “ZTE” olub. Futbolçu 2026/2027-ci illər mövsümündə Macarıstan çempionatının ilk üç turunda meydana çıxdığı bütün oyunlarda məhsuldar ötürmə ilə yadda qalıb.

Ötən mövsüm isə Şkribek “ZTE”nin heyətində 37 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Universal futbolçu kimi xarakterizə olunan Alen Şkribek yarımmüdafiənin mərkəzində və “10 nömrə” mövqeyində oynaya bilir. Hər iki ayağından istifadə etməsi ona hər iki cinahda vinger kimi çıxış etmək imkanı verir.

Qeyd edək ki, Şkribek 2023/2024-cü illər mövsümündə “Pakş”ın heyətində Macarıstan Kubokunun qalibi olub. O, 2021-2022-ci illərdə Macarıstanın U-21 millisində 11 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol