- Misli Premyer liqa
- 17:36 12.08.2026
Azərbaycanın paytaxtını təmsil edən “Şəfa” klubu heyətini 4 gənc futbolçu ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Bakı təmsilçisi qapıçı Ayxan Əlizadə, müdafiəçi Nurhan Abdıyev, yarımmüdafiəçi Eltun Babazadə və vinger Elmar Məmmədovla müqavilə imzalayıb.
19 yaşlı Ayxan Əlizadə, 19 yaşlı Eltun Babazadə və 20 yaşlı Elmar Məmmədovla 2 illik sözləşmə əldə olunub. 20 yaşlı Nurhan Abdıyevin müqaviləsi isə 1 il müddətinə nəzərdə tutulub.
Beləliklə, “Şəfa” klubu yeni mövsüm öncəsi heyətinə 4 gənc futbolçu əlavə edib.