27 sentyabr 2026. Bazar günü

“Kəpəz” belçikalı futbolçu ilə müqavilə imzaladı


“Kəpəz” belçikalı futbolçu ilə müqavilə imzaladı

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə daha bir futbolçu cəlb edib.

Klubdan  90deqiqe.Az-a verilən məlumata görə, Gəncə təmsilçisi belçikalı yarımmüdafiəçi Desmond Akuanın transferini rəsmiləşdirib.

24 yaşlı futbolçu ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Desmond Akua son olaraq Belçikanın “Dender” klubunda çıxış edib. O, ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla 15 matçda meydana çıxıb və 2 qol vurub.

Beləliklə, belçikalı yarımmüdafiəçi qarşıdakı mövsümdə “Kəpəz”in heyətində çıxış edəcək.







Misli Premyer liqa