- Misli Premyer liqa
- 19:35 13.08.2026
“Araz-Naxçıvan” heyətini daha bir futbolçu ilə gücləndirib.
Klubun 90deqiqe.Az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi “Sabah”a məxsus müdafiəçi Abdulla Rzayevi icarəyə götürüb. 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Abdulla Rzayev 2023/2024 mövsümündə də “Araz-Naxçıvan”ın formasını geyinib. O, ötən mövsümü isə “Şamaxı”da keçirib.
Beləliklə, Abdulla Rzayev yeni mövsümdə karyerasını Naxçıvan klubunda davam etdirəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan İliç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.