27 sentyabr 2026. Bazar günü

“Şəfa” fransalı yarımmüdafiəçi ilə müqavilə imzaladı


“Şəfa” fransalı yarımmüdafiəçi ilə müqavilə imzaladı

“Şəfa” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Bakı təmsilçisi fransalı yarımmüdafiəçi Omar Abdulaye Diavın transferini rəsmiləşdirib. 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Omar Abdulaye Diav son olaraq Belçikanın “Akren-Lessin” klubunda çıxış edib.

Fransalı yarımmüdafiəçi karyerası ərzində ölkəsində “Olimpik Markkua” və “Krua” komandalarının da formasını geyinib.

Beləliklə, Diav yeni mövsümdən etibarən “Şəfa”nın uğurları üçün mübarizə aparacaq.







Misli Premyer liqa