16 sentyabr 2026. Çərşənbə

“Sumqayıt” Ronaldo Vaskezlə müqaviləni yenilədi


“Sumqayıt” Ronaldo Vaskezlə müqaviləni yenilədi

“Sumqayıt” klubu futbolçusu Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb.

“Gənclik şəhəri” təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, Dominikan Respublikası millisinin üzvü ilə yeni sözləşmə “1+1” il müddətinə nəzərdə tutulub.

2025-ci ildən “Sumqayıt”ın formasını geyinən 28 yaşlı yarımmüdafiəçi indiyədək komandanın heyətində 46 oyuna çıxıb. O, bu görüşlərdə 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Beləliklə, Ronaldo Vaskez karyerasını “Sumqayıt”da davam etdirəcək.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol