15 avqust 2026. Şənbə

“Araz-Naxçıvan”dan daha iki transfer


“Araz-Naxçıvan”dan daha iki transfer

“Araz-Naxçıvan” heyətini daha iki futbolçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi Qabil Əlizadə və Nihat Mehralıyevlə 1 illik müqavilə imzalayıb.

21 yaşlı Nihat Mehralıyev hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. O, ötən mövsümü “Şamaxı”da keçirib. Futbolçu Azərbaycanın U-21 millisinin heyətində də iki oyunda meydana çıxıb.

25 yaşlı Qabil Əlizadə isə vinger mövqeyində oynayır. “Araz-Naxçıvan”ın əvəzedici komandasında çıxış edən futbolçu daha sonra “Sumqayıt-2”, “Karvan-Yevlax” və “Mingəçevir” klublarının formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdulla Rzayev, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan Letiç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.







Misli Premyer liqa

“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer
“Şəfa” braziliyalı hücumçu transfer edib
  • Misli Premyer liqa
  • 17:36 12.08.2026
“Şəfa” braziliyalı hücumçu transfer edib