29 sentyabr 2026. Çərşənbə axşamı

Yeni mövsümün açılış oyununda “Turan Tovuz” qalib gəldi


Yeni mövsümün açılış oyununda “Turan Tovuz” qalib gəldi

Misli Premyer Liqasında 2026/2027 mövsümünə start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Çempionatın I turunun açılış oyununda “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qol 35-ci dəqiqədə Enrike Silvanın dəqiq zərbəsindən sonra qeydə alınıb.

Beləliklə, “Turan Tovuz” yeni mövsümə 3 xalla başlayıb.

Qeyd edək ki, I turun digər qarşılaşmaları avqustun 15, 16 və 17-də keçiriləcək.







Misli Premyer liqa