15 avqust 2026. Şənbə

“Neftçi” İmad Fərəclə yollarını ayırdı


“Neftçi” İmad Fərəclə yollarını ayırdı

“Neftçi” futbolçusu İmad Fərəclə yollarını ayırıb.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, fransalı hücumameyilli yarımmüdafiəçi karyerasını Tunisin “Esperans” komandasında davam etdirəcək.

“Ağ-qaralar” qarşı tərəfin təklifini və 27 yaşlı futbolçunun karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, transferə müsbət yanaşıb. Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və keçidlə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, İmad Fərəc 2025-ci ilin iyulunda Kiprin AEK (Larnaka) klubundan “Neftçi”yə transfer olunub. O, Bakı təmsilçisinin heyətində keçirdiyi bir mövsüm ərzində 34 rəsmi oyunda meydana çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

Beləliklə, fransalı vinger “Neftçi” ilə vidalaşaraq karyerasını Tunisdə davam etdirəcək.







Misli Premyer liqa

“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer
“Şəfa” braziliyalı hücumçu transfer edib
  • Misli Premyer liqa
  • 17:36 12.08.2026
“Şəfa” braziliyalı hücumçu transfer edib