23 oktyabr 2024. Çərşənbə

Qarabağ'la sona qədər mübarizə aparacağıq - Dario


Qarabağ'la sona qədər mübarizə aparacağıq - Dario

Neftçi'nin yarımmüdafiəçisi Dario Frederiko klubun rəsmi saytına müsahibə Corner.az-ın məlumatına görə, ikinci dövrədə qələbələrin davamını gətirəcəyini bildirən braziliyalı futbolçu azarkeşləri sevindirmək üçün əlindən gələni edəcəyini deyib.

- Komandanın ilk dövrədəki nəticələrini necə dəyərləndirirsən?

- Çempionata yaxşı başlamadıq. Buna baxmayaraq, son iki oyunda toparlanıb qələbə qazana bildik. İnanıram ki, ikinci dövrədə qələbələrin davamını gətirəcəyik.

- Qarşıdan "Zirə” ilə oyun gəlir? Bu görüşdən nə gözləyirsən?

- "Zirə” ilə ilk dövrədəki oyunda bəxtimiz gətirmədi. Yadımdadır, matça çox yaxşı başlasaq da, qol fürsətlərini boşa vermişdik. Qarşıdakı oyuna çox ciddi hazırlaşırıq. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Bilirəm ki, asan olmayacaq, amma meydana yalnız və yalnız qələbə qazanmaq üçün çıxacağıq.

- 6 çempionat matçında meydana çıxsan da, qol vurmamısan. Öz oyununu necə qiymətləndirirsən?

- Bu mövsümkü çempionatda qol hesabımı açmasam da, çalışıram oyunumla komandaya maksimum fayda verim. Mənim üçün əsas olan komandamızın nəticəsidir. Oyundan oyuna daha da artırmağa çalışıram.

- "Neftçi” ilk dövrədən sonra liderdən 10 xal geri qalaraq 3-cü yeri tutur. Səncə, mövsümün sonunda komandanın turnir cədvəlindəki mövqeyi necə olacaq?

- Keçən mövsüm olduğu kimi, hədəfimiz yenə də çempionatın və kubokun qalibi olmaqdır. Liderlə 10 xallıq fərqə baxmayaraq sona qədər mübarizə aparacağıq. Qarşıda çox oyun var. Sonda hər şey ola bilər.

- Azarkeşlərə nə demək istərdin?

- Azarkeşləri keçən mövsüm olduğu kimi, bu mövsüm də hər zaman yanımızda görmək istəyirik. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir