30 sentyabr 2026. Çərşənbə

“Araz-Naxçıvan” – “İmişli” matçında qalib müəyyənləşmədi


“Araz-Naxçıvan” – “İmişli” matçında qalib müəyyənləşmədi

Misli Premyer Liqasında I turun növbəti oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “İmişli”ni qəbul edib.

Qəbələ şəhər stadionunda baş tutan görüşdə komandalar qapılara yol tapa bilməyiblər. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Turun növbəti matçında “Kəpəz” “Sabah”ın qonağı olacaq.

Qeyd edək ki, I turun açılış oyununda “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. Turun digər qarşılaşmaları avqustun 16-17-də keçiriləcək.







Misli Premyer liqa