15 avqust 2026. Şənbə

“Sabah” “Kəpəz”i məğlub etdi


“Sabah” “Kəpəz”i məğlub etdi

Misli Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki, günün ikinci qarşılaşmasında “Sabah” doğma meydanda “Kəpəz”i qəbul edib. “Bank Respublika Arena”da baş tutan görüş Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sabah”ın heyətində Coy-Lens Mikels 72-ci dəqiqədə penaltidən hesabı açıb. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə isə Xander Severina fərqlənərək yekun hesabı müəyyənləşdirib.

Günün ilk matçında isə “Araz-Naxçıvan” və “İmişli” qarşılaşıblar. Görüşdə qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, I turun açılış oyununda “Turan Tovuz” “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. Turun digər görüşləri avqustun 16 və 17-də keçiriləcək.







Misli Premyer liqa

“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer