13 sentyabr 2026. Bazar günü

Abdullah Zubir “Qarabağ”dan ayrıldı


Abdullah Zubir “Qarabağ”dan ayrıldı

Abdullah Zubir “Qarabağ” futbol klubundan ayrılıb.

Klubun mətbuat xidmətindən 90deqiqe.Az -a verilən məlumata görə, fransalı yarımmüdafiəçinin istəyi və komandada uzun illər ərzində göstərdiyi xidmətlər nəzərə alınaraq onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2018-ci ilin yayında “Qarabağ”a transfer olunan Zubir Ağdam təmsilçisinin heyətində 368 rəsmi oyuna çıxıb və 78 qola imza atıb.

36 yaşlı futbolçu “Qarabağ”la 6 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.

Zubir Ağdam klubunun heyətində UEFA Çempionlar Liqasının 1, Avropa Liqasının 4, Konfrans Liqasının isə 1 dəfə əsas mərhələsində iştirak edib.

Bundan əlavə, fransalı futbolçu UEFA Çempionlar Liqası və UEFA Konfrans Liqasının 1/8 finalına vəsiqə uğrunda pley-off, həmçinin UEFA Avropa Liqasının 1/8 final mərhələlərində mübarizə aparıb.

Beləliklə, Zubirin “Qarabağ”dakı 8 illik çıxışı başa çatıb.







Misli Premyer liqa

“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
  • Misli Premyer liqa
  • 21:15 10.09.2026
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
“Kəpəz”in kapitanı zədələndi
  • Misli Premyer liqa
  • 15:00 09.09.2026
“Kəpəz”in kapitanı zədələndi