13 sentyabr 2026. Bazar günü

“Neftçi” səfərdə “Sumqayıt”a qalib gəldi


“Neftçi” səfərdə “Sumqayıt”a qalib gəldi

Misli Premyer Liqasında I turun daha bir qarşılaşması keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Sumqayıt” doğma meydanda “Neftçi”ni qəbul edib. “SOCAR Polymer Arena”da baş tutan görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi”nin qollarını 23 və 55-ci dəqiqələrdə Breno Almeyda, 31-ci dəqiqədə isə Lyubomir Tupta vurub. Meydan sahiblərinin yeganə qoluna 67-ci dəqiqədə Nadir Orucov imza atıb.

Beləliklə, “Neftçi” yeni mövsümdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”ni 1:0, “Sabah” isə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “İmişli” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 0:0.

I tura avqustun 17-də keçiriləcək qarşılaşma ilə yekun vurulacaq.







Misli Premyer liqa

“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
  • Misli Premyer liqa
  • 21:15 10.09.2026
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
“Kəpəz”in kapitanı zədələndi
  • Misli Premyer liqa
  • 15:00 09.09.2026
“Kəpəz”in kapitanı zədələndi