1 oktyabr 2026. Cümə axşamı

“Zirə” “Şəfa”nı iki qolla məğlub etdi


“Zirə” “Şəfa”nı iki qolla məğlub etdi

Misli Premyer Liqasının I turunda “Zirə” və “Şəfa” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə”də hesabı 41-ci dəqiqədə Eren Aydın açıb. İkinci hissənin əvvəlində, 52-ci dəqiqədə İssa Cibrila fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.

Beləliklə, “Zirə” yeni mövsümə qələbə ilə başlayıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”ni 1:0, “Sabah” “Kəpəz”i 2:0, “Neftçi” isə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “İmişli” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

I tura avqustun 17-də keçiriləcək qarşılaşma ilə yekun vurulacaq.







Misli Premyer liqa