17 avqust 2026. Bazar ertəsi

“Sumqayıt”ın futbolçusu əməliyyat olunub


“Sumqayıt”ın futbolçusu əməliyyat olunub

“Sumqayıt”ın əsas komandasının üzvü Səbuhi Abdullazadə əməliyyat olunub.

90deqiqe.Az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı yarımmüdafiəçinin Bakıdakı özəl xəstəxanalardan birində keçirdiyi əməliyyat uğurla başa çatıb. Futbolçunun təxminən 5 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, S.Abdullazadə Misli Premyer Liqasının I turunda “Neftçi” ilə qarşılaşmanın 74-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bundan sonra futbolçu əli ilə dəhlizdəki şüşəni sındırıb. Şüşənin iri parçasının ayağına düşməsi nəticəsində S.Abdullazadə ciddi xəsarət alıb.







Misli Premyer liqa

“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 14:17 17.08.2026
“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi