- Misli Premyer liqa
- 21:36 17.08.2026
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin zədəsinin dərəcəsi müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə keçirilən cavab görüşündə (2:0) zədələnən müdafiəçi tibbi müayinədən keçirilib.
Aparılan müayinələrin nəticələrinə əsasən, futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb.
Klubdan bildirilib ki, Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə olacağı gözlənilir. Hazırda onun müalicə və reabilitasiya prosesi “Qarabağ”ın tibbi heyətinin nəzarəti altında davam etdirilir.